• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Toivo Klaar İstanbula getdi

DÜNYA

09 Dekabr 2022 | 10:52

Toivo Klaar İstanbula getdi

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırandan sonra Türkiyənin İstanbul şəhərinə gedib.

Bakıvaxtı.az  xəbər verir ki, diplomat bunu tviterdə yazıb.

O, paylaşımında İrəvan səfərinin qısa, lakin mənalı olduğunu qeyd edib. Aİ nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.

Xatırladaq ki, T.Klaar dekabrın 8-də Ermənistanın paytaxtı İrəvanda olub. O, səfər çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasını müzakirə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026