• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Türkiyədə hotelin tavanı çökdü: 32 nəfər xəsarət aldı - YENİLƏNİB

DÜNYA

07 Yanvar 2023 | 23:25 | Müəllif: Subhan Mahmudov

Türkiyədə hotelin tavanı çökdü: 32 nəfər xəsarət aldı - YENİLƏNİB

Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir qeyd edib ki, 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.

 

***20:57

Türkiyənin Sarıqamış rayonunda tədbirin keçirildiyi oteldə baş vermiş hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanlar xəstəxanalara çatdırılıblar.

Anma proqramlarına qatılmaq üçün Qarsda olan gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu xəsarət alanlara baş çəkib.

Məlumata görə, yaralılar üçün həyati təhlükə yoxdur.

***20:45

Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində hotelin tavanı çöküb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı hoteldə Sarıqamış əməliyyatının 108-ci ildönümünə həsr olunmuş sənədli filmin nümayişi keçirilirmiş.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Əraziyə çoxlu sayda təcili yardım, polis, xilasetmə və jandarma cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR