• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Papadan Türkiyədəki zəlzələyə REAKSİYA

DÜNYA

06 Fevral 2023 | 20:48 | Müəllif: Subhan Mahmudov

Papadan Türkiyədəki zəlzələyə REAKSİYA

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyədə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatına görə kədərləndiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Papa Fransisk adından Türkiyədəki apostol nunsisi arxiyepiskop Marek Solçinskiyə məktub ünvanlayıb.

Roma Papası məktubunda zəlzələ nəticəsində bütün zərər çəkənlərə mənəvi yaxınlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Papa Fransisk yaralıların qayğısına qalanlara və davam edən xilasetmə işlərində mətanət və əzmlə iştirak edənlərə dəstəyini ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026