• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Antonio Quterreş Kiyevdədir

DÜNYA

08 Mart 2023 | 15:29

Antonio Quterreş Kiyevdədir

BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin uzadılmasını müzakirə etmək məqsədilə Kiyevə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün BMT Baş katibinin Vladimir Zelenski ilə görüşü baş tutacaq.

Qeyd edək ki, martın 5-də  BMT-nin Ümumdünya Ərzaq Proqramının  icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb.

Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurəti dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi və Türkiyə və Suriyadakı zəlzələ  diktə edir.

O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026