• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsveç bu tarixdə NATO-ya üzv olacaq

DÜNYA

07 Aprel 2023 | 12:16

İsveç bu tarixdə NATO-ya üzv olacaq

İsveçin NATO-ya daxil olacağı tarix açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “Euronews” telekanalına müsahibəsində danışıb. Blinken İsveçin hansı tarixdə NATO-ya üzv ola biləcəyi ilə bağlı açıqlama verib. O bildirib ki, bu, iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan alyans ölkələrinin sammitində baş verə bilər.

“Mən əminəm ki, bu, tezliklə baş verəcək. İyulda Vilnüsdə keçiriləcək NATO sammitinə qədər Finlandiya kimi, İsveçin də NATO-ya yeni üzv olaraq qoşulacağını düşünürəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Antoni Blinken ölkənin alyansa rəsmi qəbulu mərasimində iştirak edib. O, alyansın digər üzvləri tərəfindən ölkənin NATO-ya qoşulması haqqında ratifikasiya olunmuş protokolları qəbul edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026