Yaponiyanın Hokkaydo prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında bildirilib.
Yeraltı təkan Hakodate şəhərindən 115 kilometr şərqdə qeydə alınıb. Zəlzələ yerin 60 kilometr dərinliyində baş verib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün də Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ olub.















