• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın məkrli ssenarilərinə hazır olmalıyıq - AÇIQLAMA

DÜNYA

07 May 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

Rusiyanın məkrli ssenarilərinə hazır olmalıyıq - AÇIQLAMA

Düşmən bütün Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərini dəyişməyib, ona görə də ukraynalılara düşmənin elan etdiyi planlarda dərin mənalar axtarmağa ehtiyac yoxdur. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Vaqner"in rəhbəri Yevgeni Priqojinin son bəyanatlarını şərh edərkən deyib.

"Düşmən liderlərin planları haqqında video və bəyanatlarını necə qiymətləndirmək olar? Heç bir şəkildə", - o bildirib.

Malyar vurğulayıb ki, Rusiya hələ də Ukraynanın bütün ərazisini zəbt etmək arzusundadır:

"Onlar keçən il uğur qazana bilmədilər, ona görə də indi mərhələli şəkildə irəliləyirlər. Daha doğrusu, hərəkət etməyə çalışırlar, çünki hərbçilərimiz buna imkan vermirlər".

Onun sözlərinə görə, Rusiya tərəfinin açıq bəyanatlarından asılı olmayaraq, ukraynalılar həmişə Rusiyanın məkrli ssenarilərinə hazır olmalıdırlar./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026