• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Abdullahiyan fransalı həmkarı ilə Pekində görüşdü

DÜNYA

07 Aprel 2023 | 12:46

Abdullahiyan fransalı həmkarı ilə Pekində görüşdü

İran və Fransa xarici işlər nazirləri Pekində görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İran XİN "Twitter" səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, Pekində səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 6-sı axşam fransalı həmkarı Katerin Kollona ilə görüşüb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərin, habelə konsulluq məsələlərinin müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, İran xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş üçün Çində səfərdədir, onlar arasında görüş aprelin 6-da baş tutub. Fransa xarici işlər naziri isə Prezident Makronun Pekinə səfərində onu müşayiət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026