• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İranda koronavirusa yoluxma halları artıb

DÜNYA

07 Aprel 2023 | 11:13

İranda koronavirusa yoluxma halları artıb

İranda yeni növ koronavirusa (COVID-19) yoluxma halları artıb.

Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Koronavirus Qərargahının Elmi Komitəsinin üzvü Mino Mahrez bildirib.

Onun sözlərinə görə, statistika ölkədə koronavirusa yoluxma hallarının artdığını göstərir.

Mino Mahrez bildirib ki, xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayı da çoxdur.

“Omikron” ailəsindən olan yeni virus mutasiyaya görə, əvvəlki “omikron” nümunələrinə nisbətən ağciyərlərə daha çox təsir edir.

Son günlər koronavirusa yoluxma, xəstəxanaya yerləşdirilmə və ölüm hallarının artmasının ən mühüm səbəbi tibbi maskalardan istifadənin azalması və insanlar arasında fiziki məsafənin saxlanmasına etinasız yanaşılmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026