Donetskin mərkəzində partlayışlar baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumatda Ukrayna tərəfinin şəhəri raketlərlə atəşə tutduğu iddia olunur.
Şəhərin meri Aleksey Kulemzinin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.
















