• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ təklif etdi ki, S-400-ləri Ukraynaya verək - Çavuşoğlu

DÜNYA

07 May 2023 | 14:41 | Müəllif: Subhan Mahmudov

ABŞ təklif etdi ki, S-400-ləri Ukraynaya verək - Çavuşoğlu

ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya göndərməyi təklif etmişdi, lakin Ankara bundan imtina etdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-dan S-400-lə bağlı bir neçə təklif var idi. Bizə dedilər ki, nəzarəti bizə verin. Amma bu, müstəqilliyimizə təsir edən bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz harada qaldı? Ankara dəfələrlə ABŞ-dan S-400-lə bağlı müxtəlif təkliflər alıb və əgər təklif qəbul edilsəydi, Vaşinqtonla indiki kimi problemlər yaşanmazdı”, - Çavuşoğlu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR