• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Zelenski təcili iclas keçirəcək

DÜNYA

06 Iyun 2023 | 11:09

Zelenski təcili iclas keçirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı şuranın katibi Aleksey Danilov açıqlayıb. 

Onun sözlərinə görə, təcili iclasın keçirilməsinə səbəb Xerson vilayətində yerləşən Kaxovka SES-də partlayışın baş verməsidir. 

Xatırladaq ki, iyunun 6-na keçən gecə Rusiyanın nəzarətində olan ərazilərdə yerləşən Kaxovka SES-də partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026