• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gürcüstanın Ukraynadakı səfiri bu gün Kiyevi tərk edəcək

DÜNYA

06 Iyul 2023 | 00:30 | Müəllif: Subhan Mahmudov

Gürcüstanın Ukraynadakı səfiri bu gün Kiyevi tərk edəcək

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili iyulun 6-da saat 12:00-a qədər Ukraynanı tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə iyulun 5-də “Rustavi-2” telekanalına bildirib.

“48 saat sabah saat 12:00-da bitir. Sabah saat 12:00-a qədər mümkün qədər Ukrayna ərazisini tərk etməyə çalışacağam”, - diplomat bildirib.

İki ölkə arasında gərginlik Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 3-də Gürcüstan səfirini Ukrayna Xarici İşlər Nazirliyinə çağırmasından sonra yaranıb. Ona sərt etiraz edilib və 48 saat ərzində ölkəni tərk etmək əmri verilib. Bu tələbi dövlət başçısı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət fonunda irəli sürüb. Zelenski Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa, ona müalicə və qayğı göstərilməsinə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026