• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda 16 məktəbdə Azərbaycan və türk dilləri tədris olunur

DÜNYA

06 Iyul 2023 | 09:52

Ermənistanda 16 məktəbdə Azərbaycan və türk dilləri tədris olunur

Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil Nazirliyi bildirib.

Nazirlikdən qeyd edilib ki, Azərbaycan və türk dilləri istisna olaraq 10-12-ci sinif şagirdlərinə öyrənir.

Bildirilib ki, 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib: 13 məktəbdə farsca, 12-də türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili. Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.

İnformasiyaya əsasən, hazırda Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq xarici dil kimi rusca və ingilis, fransız və ya almanca tədris olunur. “Bundan sonra məktəblərdə üçüncü dil kimi region ölkələrinin dillərinin tədrisinə də diqqət yetiriləcək”, - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026