• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Maduro Trampı İTTİHAM ETDİ

DÜNYA

05 Avqust 2023 | 09:33

Maduro Trampı İTTİHAM ETDİ

Venesuela Prezidenti Nikolas Maduro 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində ABŞ-nin həmin dövrdəki Prezidenti Donald Trampın şəxsən iştirak etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Maduro bu barədə ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb. 

Onun sözlərinə görə, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb.

O bu hadisənin əsas təşkilatçılarından biri olaraq Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesi qeyd edib. 

Qeyd edək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustun 4-ü baş verib. Belə ki, parad zamanı partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçmağa cəhd edib. Prezident mühafizəsinə daxil olan snayperlər dronları vaxtında zərərsizləşdirə bilib. Hadisə ilə bağlı 17 nəfər mühakimə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026