Prezident Rəcəb Tayyib Ərdoğan Serbiya millisini 3:2 hesabı ilə məğlub edərək 2023-cü il Avropa Çempionu olan A Milli Qadın Voleybol Komandasını təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə bunları paylaşıb:
"2023 CEV Avropa Çempionu olaraq hamımızı qürurlandıran Şəbəkənin Sultanları Milli Qadın Voleybol Komandamızı ürəkdən təbrik edirəm".
Ərdoğan paylaşımına Türkiyə bayrağı və voleybol topu emojilərini də əlavə edib.
Nərgiz Məmmədli
















