• Bakı 14° C

    2.52 m/s

Çexiya Prezidenti Avropa İttifaqının genişlənməsinə çağırıb

DÜNYA

04 Oktyabr 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Çexiya Prezidenti Avropa İttifaqının genişlənməsinə çağırıb

Çexiya Prezidenti Peter Pavel təhlükəsizliyi gücləndirmək məqsədilə Avropa İttifaqının (Aİ) genişlənməsinə çağırıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Brüggedəki Avropa Kollecində yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.

"Yeni geosiyasi imperativ Avropa İttifaqının genişlənməsi üçün yeni dinamika tələb edir. Biz uzun müddətdir ki, bəzi Avropa ölkələrini geosiyasi manipulyasiyaların rəhminə buraxmışıq", - Çexiya Prezidenti bildirib.

Pavel qeyd edib ki, Qərbi Balkan ölkələrini, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirmək lazımdır.

Onun sözlərinə görə, Qərbin təhlükəsizlik strukturlarına qoşulmaq istəyən və qitədən kənar dövlətlərin səylərinin həyata keçirilməsini asanlaşdırmaq lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026