• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Puqaçova Rusiyaya qayıtdı

DÜNYA

02 Noyabr 2023 | 22:45

Puqaçova Rusiyaya qayıtdı

SSRİ Xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

“O, bu gün axşam saatlarında Pskov vilayətindəki sərhəd keçid məntəqəsindən ölkəyə daxil olub. Daha sonra Puqaçova qara rəngli “Camry”yə əyləşərək yola düşüb”, - məlumatda qeyd olunub.

Məlumata görə, Puqaçova Rusiyaya tək qayıdıb, əri, komediya ustası Maksim Qalkin (Rusiyada xarici agent kimi tanınıb) onun yanında olmayıb.

Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb. Daha sonra müğənninin  İsrail-HƏMAS müharibəsi başlayandan sonra övladları ilə birlikdə Kiprə köçdüyü haqda məlumatlar yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026