• Bakı 24° C

    4.4 m/s

"Qəzzada sülh fürsəti əldən verilib" - Ərdoğan

DÜNYA

02 Dekabr 2023 | 20:41 | Müəllif: Subhan Mahmudov

"Qəzzada sülh fürsəti əldən verilib" - Ərdoğan

İsrailin barışmaz yanaşması səbəbindən Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə atəşkəsin tərəfdarı olub:

“İsrailin yanaşması nəticəsində yaranan vəziyyət bizim qorxularımızda haqlı olduğumuzu bir daha göstərdi. Burada sülh üçün fürsət var idi və təəssüf ki, İsrailin barışmaz yanaşması ucbatından biz bu fürsəti hələlik itirmişik”, - prezident bildirib.

Eyni zamanda, o, belə bir fürsətin yenidən yaranacağına ümidini itirməməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026