İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri bildirib ki, İsrail-Həmas müharibəsi 2024-cü ildə də davam etdiriləcək və buna hazırlıqlar davam etdirilir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Həcəri Müharibənin məqsədləri uzunmüddətli mübarizə tələb edir və biz buna uyğun hazırlaşırıq deyib: “Biz fəaliyyət göstərən qüvvələrin intellektual idarə olunmasını planlaşdırarkən, eyni zamanda, İDF-də ehtiyat sisteminə, iqtisadiyyata, ailələrə, qüvvələrin yenilənməsinə və döyüş hazırlığı proseslərinin davam etdirilməsinə baxırıq. Bunlar 2024-cü ilin qalan hissəsi üçün planlaşdırma və hazırlığı təmin etmək üçün nəzərdə tutulmuş qaydalardır. IDF bu il ərzində əlavə missiyaların və davamlı döyüşlərin tələb olunacağını başa düşərək qabaqcadan planlaşdırma etməlidir”.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu 2023-cü il dekabrın 30-na keçən gecə verdiyi açıqlamada müharibənin aylarla davam edəcəyini bildirmişdi:“Müharibə davam edir. Biz bütün cəbhələrdə vuruşuruq. Böyük uğurlar əldə etmişik, amma bunun acı bədəlini də ödəmişik. Qələbə qazanmaq üçün daha çox vaxt lazımdır. Müharibə hələ çox aylar davam edəcək. Mənim siyasətim aydındır. Müharibənin məqsədlərinə çatana qədər, xüsusən də HƏMAS-ın ləğvi və bütün girovlarımızın azad edilməsinə qədər mübarizəmizi davam etdirəcəyik. Biz girovlarımızı vətənə qaytarmaq cəhdlərimizdən bir an belə geri çəkilməyəcəyik. Baş nazir kimi, bu məqsədlərə çatana qədər müharibəni dayandırmaq üçün beynəlxalq təzyiqləri rədd etdim”.
Ay Tac









jpg-1706696117.webp)






