Son illərdə Ermənistanla NATO arasında yaxınlaşma var.
Bakıvaxtı.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Onun sözlərinə görə, Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib.
“Ermənistanın xarici və müdafiə siyasətində qəbul etdiyi qərarlar, qəbul etdikləri dəyişiklik bizi də çox ruhlandırır. Bilirəm ki, bu, çətin bir qərardır və yəqin ki, uzun müddət çəkəcək".
Qeyd edək ki, bir müddət öncə Paşinyan NATO nümayəndəsi ilə Ermənistanın alyansla əməkdaşlığını müzakirə etmişdi.
Günəş Mərd


jpg-1706696117.jpg)







jpg-1709270953.webp)





