Baydenin problemlərinin yaşı ilə heç bir əlaqəsi yoxdur.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Amerikanın keçmiş prezidenti Donald Tramp deyib.
"Baydenin bəzi çətinlikləri var, amma bu, yaşla bağlı deyil, çünki mən ondan çox yaşlı və 100% daha ağıllı olan bir çox insan tanıyıram".
Trampın fikrincə, Bayden kimi siyasətçinin başqa ölkələrlə danışıqlar aparmasına icazə vermək təhlükəlidir.
Bundan əvvəl Tramp koqnitiv qabiliyyət testindən keçib və bundan sonra Ağ Evin hazırkı rəhbəri Co Baydeni də eyni şeyi etməyə çağırıb.
Mina Mikayılova


jpg-1709270953.jpg)













