• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İranlı jurnalist evinin qarşısında bıçaqlandı

DÜNYA

31 Mart 2024 | 09:36 | Müəllif: Subhan Mahmudov

İranlı jurnalist evinin qarşısında bıçaqlandı

Londonda “İran İnternational” kanalının əməkdaşı Puria Zeraati evinin qarşısında ayağından bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, o, xəstəxanaya çatdırılıb və vəziyyətinin stabil olduğu bildirilir.

Terrorla mübarizə polisi jurnalistə qarşı hücumu araşdırdığını deyib. Hücumun motivi qeyri-müəyyən olaraq qalır, lakin kanalın keçmişdə işıqlandırdığı mövzular arasında İranda insan haqlarının pozulması var. Ötən ilin fevralında kanal əməkdaşlarına təhdidlər səbəbindən fəaliyyətini müvəqqəti olaraq Vaşinqtona köçürüb, sentyabrda isə kanal fəaliyyətini Londonda bərpa edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026