• Bakı 18° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

ABŞ-də polislər silahlı hücuma məruz qaldı: 4 ölü, 4 yaralı

DÜNYA

30 Aprel 2024 | 08:48

ABŞ-də polislər silahlı hücuma məruz qaldı: 4 ölü, 4 yaralı

ABŞ-də polis əməkdaşları silahlı hücuma məruz qalıblar.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbət verir ki, hadisə Şimali Karolina ştatında qeydə alınıb. Belə ki, axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü həyatını itirib, 4-ü isə yaralanıb.

Məlumata görə, polislər Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gediblər. Bu zaman polisin axtarış aparmaq üçün cinayətdə iştirak edən şübhəlinin olduğu evə girərkən tüfənglə atəş açdığı bildirilib.

Polislər cavab atəşi açıb. Nəticədə şübhəli hadisə yerində həyatını itirib.

Prezident Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığı və onun hadisələri yaxından izlədiyi açıqlanıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

20 May 2024