• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlon Maskın şirkətləri çətin dövrünü yaşayır

DÜNYA

30 May 2024 | 08:16 | Müəllif: Qalib İbrahimoğlu

İlon Maskın şirkətləri çətin dövrünü yaşayır

“Tesla” elektrik avtomobil şirkətindəki problemlər milyarder İlon Maskın digər bizneslərinin sabitliyini təhdid edir.

Bakıvaxtı.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.

Qeyd olunur ki, “Tesla” davamlı işdən çıxarmalarla "pozğunluq içindədir". Üstəlik, şirkətin səhmləri düşür, satışlar durğundur və bəzi investorlar hesab edir ki, şirkətə “ağılsız rəhbər” başçılıq edir.

Mask “Tesla”dan başqa daha beş şirkətə rəhbərlik edir. Onun rəhbərliyi altında kosmik texnologiya istehsal edən SpaceX, süni intellekt startapı xAI, neyrotexnologiya şirkəti Neuralink, tunel tikintisi şirkəti The Boring Company, həmçinin X (keçmiş Twitter) fəaliyyət göstərir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026