Amerika prezidenti Co Bayden atəşkəsin gələn həftəyə qədər razılaşdırılacağı iddialarını geri götürür.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadla xəbər verir ki, prezident Bayden bu həftənin əvvəlində etdiyi İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qaçılmaz olduğuna dair iddialarını geri götürüb.
“Bölgədəki insanlarla telefon danışığı apardım. Yəqin ki, bazar ertəsinə qədər olmayacaq, amma ümid edirəm”, deyə Bayden qeyd edib.
Xatırladaq ki, cümə axşamıİsrailin baş naziri Netanyahu bütün məqsədlərinəçatana qədər müharibəni bitirmək üçün beynəlxalq təzyiqi rədd etdiyini söyləmişdi.
Mina Mikayılova
















