• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Ukrayna və Qəzzada törədilən hərbi cinayətlər müzakirə edilməlidir" - Borell

DÜNYA

01 Mart 2024 | 00:40 | Müəllif: Subhan Mahmudov

"Ukrayna və Qəzzada törədilən hərbi cinayətlər müzakirə edilməlidir" - Borell

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 55-ci Sessiyasında beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasının müzakirə edilməli olduğu mesajını verib.

Bakıvaxtı.az xəbər verir ki, Borell "X" hesabında BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyası üçün videomüraciət paylaşıb.

Ukrayna və Qəzzadakı vəziyyətə görə bu il sessiyanın pis bir anda başladığına diqqət çəkən Borell qeyd edib: "Müharibələrin ilk qurbanı insan haqlarıdır".

Borell bunun Ukraynada, ən pis formada isə Qəzzada göründüyünü xatırladıb və Aİ-nin əvvəldən tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırdığını bildirib.

"Sadəcə çağırış etmək və qınamaq kifayət deyil. Beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşıyanlar cavab verməlidir", - deyə Borell vurğulayıb.

"Bu görüş müharibə cinayətləri və beynəlxalq humanitar hüququn ciddi pozuntularını həll etmək üçün əsas forumdur", - o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026