• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Almaniyada hərbçi 4 nəfəri öldürdü

DÜNYA

01 Mart 2024 | 13:22

Almaniyada hərbçi 4 nəfəri öldürdü

Almaniyanın Şessel yaşayış məntəqəsində (Aşağı Saksoniya federal torpağı) atışma nəticəsində 4 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs hərbçidir.

İlkin məlumatlara görə, cinayət martın 1-də gecə fərdi yaşayış evində baş verib. Hadisəyə səbəb kimi ailə daxilində fikir ayrılıqları göstərilir. Amma atəş açan şəxsin və ölənlərin kimliyi məlum deyil.

Şübhəli şəxs artıq saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026