Avstraliya Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar elan edib.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu sözləri Avstarliyanın xarici işlər naziri Penni Vonq deyib .
“Avstraliya hökuməti Aleksey Navalnının öldüyü həbsxana ilə əlaqəsi olan üç Rusiya vətəndaşına qarşı əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib”, - deyə P.Vonq deyib.
Fevralın 29-da bildirildi ki, səkkiz Avropa ölkəsi Aleksey Navalnının ölümünə görə Avropa İttifaqının Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar hazırlaması üçün diplomatik səylər göstərir .
Bir gün əvvəl Avstraliya hökuməti Navalnının ölümü ilə bağlı Federal Penitensiar Xidmətin (FSIN) 7 əməkdaşına qarşı sanksiya tətbiq edib .
Mina Mikayılova
















