“Eurovision 2024”ə ev sahibliyi edən İsveçdə mindən çox musiqiçi “Qəzzada amansız müharibə” apardığına görə İsrailin builki mahnı müsabiqəsindən çıxarılmasını tələb edən məktub imzalayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin “Aftonbladet” qəzetində dərc olunan açıq məktubda Avropa Yayım Birliyinin “beynəlxalq humanitar hüquqa məhəl qoymayan” İsrailin iştirakına icazə verərək “qurbanların əzablarına məhəl qoymadığı və ikili standartlar nümayiş etdirdiyi” bildirilib.
İmzalayanlar arasında beynəlxalq səviyyədə uğurlu musiqiçilər First Aid Kit və Fever Ray, həmçinin opera müğənnisi Malena Ernman, iqlim fəalı Qreta Tunberqin anası da var.
Xatırladaq ki, bundan əvvəl Finlandiya və İslandiyadan olan, təxminən, 1400 rəssam oxşar məktubu imzalamışdı.
Aytac Aslan






jpg-1709270953.webp)









