İran turizmi canlandırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Qayda Səudiyyə Ərəbistanı, Qətər(BƏƏ), Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belorus, Hindistan da daxil olmaqla 28 ölkəyə şamil ediləcək.
Məlumatda eyni zamanda Hindistan vətəndaşlarının vizasız hava yolu ilə İrana gələ biləcəyi və quru sərhədlərindən keçmək üçün viza almalı olduqları qeyd olunub.
Günəş Mərd
















