• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Şolts AÇIQLADI: “2030-cu ilə qədər...”

DÜNYA

02 Dekabr 2023 | 19:18 | Müəllif: Subhan Mahmudov

Şolts AÇIQLADI: “2030-cu ilə qədər...”

2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialını 3 dəfə artırmaq lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

"Bərpa olunan enerjinin yayılması irəliləyir, lakin tələb olunan tempdə deyil", - o qeyd edib.

Kansler vurğulayıb ki, bərpa olunan mənbələrin 3 dəfə genişləndirilməsi və 2030-cu ilə qədər enerji səmərəliliyinin ikiqat artırılması zəruridir.

O qeyd edib ki, Almaniyada bərpa olunan mənbələrdən istifadənin genişləndirilməsi artıq sürətlənib, lakin indi bu, dünyanın hər yerində baş verməlidir.

O.Şolts bildirib ki, konfransda 35 ölkə və Avropa İttifaqının daxil olduğu iqlim klubunun fəaliyyətə başlaması vacibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026