• Bakı 21° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ukrayna ilə bağlı DÜYMƏ BASILDI: "Dekabrın əvvəlində..."

DÜNYA

04 Oktyabr 2023 | 00:26 | Müəllif: Subhan Mahmudov

Ukrayna ilə bağlı DÜYMƏ BASILDI: "Dekabrın əvvəlində..."

"Avropa İttifaqı Ukrayna ilə ittifaqa üzvlüklə bağlı danışıqlara başlamağı planlaşdırır".

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Aİ-nin planları ilə tanış olan üç diplomat təsdiqləyib.

"Avropa İttifaqı Ukrayna ilə onun gələcəkdə bloka daxil olması ilə bağlı danışıqlara başlamağa hazırlaşır və rəsmi açıqlama dekabrın əvvəlində gözlənilir", - diplomatlar "Politico"ya bildiriblər.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Avropa Komissiyası yeni ölkələrin Avropa İttifaqına qəbul edilməsindən əvvəl lazımi islahatları hazırlayır. O, həmçinin bildirib ki, Ukrayna ilə münasibətlərdə xüsusi rejimin yaradılması istiqamətində addımlar atılır.

Eyni zamanda, Avropa Parlamentinin üzvü İvan Sinçiç hesab edir ki, Ukrayna xüsusi əməliyyat başa çatana qədər Aİ-yə daxil olmayacaq./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026