• Bakı 19° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qafanda baş konsulluğun açılması təsdiqləndi

DÜNYA

02 Noyabr 2023 | 22:36

Qafanda baş konsulluğun açılması təsdiqləndi

Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda sayca ikinci olacaq.

Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb. Zəruri hallarda nota layihəsinə əsas xarakterli olmayan dəyişikliklərin edilməsinə icazə verilir.

Qeyd edək ki, oktyabrın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Moskva “Qafanda konsulluq açmaq istəyini ifadə edib” və İrəvan bununla razılaşıb. Qafan Azərbaycanla həmsərhəd ərazidə, Sünik rayonunda yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026