• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ketrin Kolonnanın Sünikə səfəri ləğv edildi

DÜNYA

04 Oktyabr 2023 | 00:18 | Müəllif: Subhan Mahmudov

Ketrin Kolonnanın Sünikə səfəri ləğv edildi

Ermənistanda olan Fransanın xarici işlər naziri Ketrin Kolonna əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq oktyabrın 3-də Qorisə səfər etməli idi. Erməni mətbuatının yazdığına görə, səfər ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, vaxt çatışmazlığı səbəbindən Ketrin Kolonna Qorisə vertolyotla uçmalı idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən səfər ləğv edilib.

Bəzi məlumatlara görə, Fransa Qoris şəhərində konsulluq açacaq. Xatırladaq ki, bu il martın 29-da Tatev monastırında Sünik rayonu ilə Fransanın Auvergne-Rhône-Alpes regionu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026