• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zelenski təsdiqlədi: Reznikov gedir, Umerov gəlir

DÜNYA

03 Sentyabr 2023 | 23:28 | Müəllif: Subhan Mahmudov

Zelenski təsdiqlədi: Reznikov gedir, Umerov gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə axşam müraciətində deyib.

"Bu həftə parlamentdən də kadr qərarının qəbulu ilə bağlı təklif olacaq. Mən Ukraynanın müdafiə nazirini əvəz etmək qərarına gəldim. Aleksey Reznikov bu 550 gündən çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var”, - deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, Müdafiə Nazirliyinə Rüstəm Umerov rəhbərlik etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026