"Putinin Ukraynaya hərbi müdaxiləyə başlayarkən bəyan etdiyi məqsədlərin heç biri indiyədək yerinə yetirilməyib".
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu hakim “Vahid Rusiya” partiyasının Rusiya parlamenti Dumasının deputatı Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, hazırki məqamda Rusiyanın özü üçün yeni risklər var:
“Prezident Putin Ukrayna əməliyyatına başlayarkən Ukraynanın nasistlərdən təmizlənməsini, tərksilah edilməsini, neytrallığını və Donbas bölgəsində yaşayan rus əhalisinin təhlükəsizliyini hədəfləyib. Gördüyümüz kimi, bu bəndlərin heç biri həyata keçirilməyib".
Zarulun qeyd edib ki, indi içində olduqları proses qardaş-bacı hesab etdikləri rus və Ukrayna xalqlarını düşmən etməyə xidmət edir.
"Təəssüflə etiraf etməliyik ki, biz pis bir dairəyə daxil olmuşuq. Bu vəziyyət Rusiyanın təhlükəsizliyinə yeni təhdidlər yaradır", - deyə Konstantin Zatulin vurğulayıb.
Ay Tac
















