• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Talibanın əmrindən kişilər də pay aldı

DÜNYA

06 Iyun 2023 | 11:46

Talibanın əmrindən kişilər də pay aldı

Əfqanıstandakı Taliban administrasiyası qadağalarına yenisini əlavə edib.

Bakıvaxtı.az-ın məlumatına görə. belə ki, indiyə qədər qadınlara qadağalar qoyan təşkilat indi kişilər üçün təraş etməyi qadağan edib.

Əfqanıstanda qadınların parka getməsi, kişisiz küçəyə çıxması, hətta məktəbə getməsi qadağandır. Taliban administrasiyası bu günə qədər kişilərə qarışmayıb, qadınların hüquqları bir-bir əlindən alınıb. İndi növbə kişilərdədir. Artıq Əfqanıstanda təraş etmək qeyri-qanunidir.

“20 illik cəhalətdən sonra gənc nəsil təbii ki, bizim əmrlərimizdən üzüləcək. Amma başa düşmək lazımdır ki, zahiri görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün yaxşı müsəlman kimi görünməliyik”, - deyə Heratın Elm və Fəzilət Departamentinin rəhbəri Əbdül Rəhman bildirib.

Qərar onsuz da yoxsul cəmiyyətdə bərbərləri daha da yoxsullaşdıracaq. Digər tərəfdən, saqqal uzatmaq istəməyənlər də bu qərarın əleyhinədirlər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026