İYİ Partiyasının 27-ci dövr İzmir millət vəkili Aytun Çıray partiyadan istefa verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə paylaşımında bildirib.
Mayın 14-də keçirilən seçki prosesində yeni dövr millət vəkili namizədliyindən geri çəkilən Aytun Çıray paylaşımında Süleyman Dəmirəlin "Siyasət hər səhər öz həyatında yenidən doğulur" fikrini xatırladaraq, siyasətə davam edəcəyinə işarə edib.
Murad Məmmədli















