• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağ Evdə kokain tapıldı

DÜNYA

05 Iyul 2023 | 23:09 | Müəllif: Subhan Mahmudov

Ağ Evdə kokain tapıldı

Ekspertiza işçilərin və ziyarətçilərin Ağ Evin anbarında cib telefonlarını qoyduqları şkafda tapılan ağ tozun kokain olduğunu təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, narkotik Ağ Evin prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin ofislərinin və işçilərinin, həmçinin Oval kabinetin yerləşdiyi qərb qanadında adi yoxlama zamanı aşkar edilib.

Bildirilir ki, bir qayda olaraq, qonaqlar üçün həftə sonları Ağ Evin bu hissəsində turlar keçirilir, lakin Məxfi Xidmət ötən həftə sonu belə hadisələrin olub-olmaması barədə məlumat açıqlamayıb.

Qeyd olunur ki, narkotik maddə aşkar edilən zaman Bayden və onun ailə üzvləri Ağ Evdə olmayıb, onlar Amerika administrasiyası rəhbərinin ölkə iqamətgahının yerləşdiyi Kemp Deviddə (Meriland) olublar./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026