Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsindən sonra müxalifət, xüsusilə Kamal Kılıçdaroğlu tənqidlərə tuş gəlib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu arada İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun “dəyişiklik” vurğulaması böyük təsir bağışlayıb.
İmamoğlunun partiya sədrliyinə namizəd olacağı iddia edilərkən, jurnalist Fatih Portakal kulis məlumatlarını paylaşıb.
Portakal İmamoğlu ilə Kılıçdaroğlu arasında ata-oğul münasibətinin sona çatdığını bildirib:
"İmamoğlu ilə Kılıçdaroğlu arasında səhər yeməyindən sonra bir şeylər oldu. Ata-oğul münasibəti sona çatdı. Oktyabrda qurultay gözlənilir. İmamoğlu bayrağı qaldırıb Kılıçdaroğlu ilə üz-üzə gələ bilər. Lakin Kılıçdaroğlu uzun illərdir ki, nümayəndə strukturunu möhkəmlətdiyindən, İmamoğlunun qalib gəlməsi çətin ehtimaldır. İmamoğlu partiya daxilində inqilab yarada bilərmi? Söhbət burada təşkilata nəzarət edən liderdən gedir”.
F.Portakala görə, başqa bir ehtimal da İmamoğlunun partiya qurma səyləridir. Bu mövzuda hesablamaların aparıldığı deyilir.
Murad Məmmədli








jpg-1688634822.webp)






