• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Leninin cəsədini Mavzoleydən oğurlamaq istədi

DÜNYA

06 Fevral 2023 | 22:03 | Müəllif: Subhan Mahmudov

Leninin cəsədini Mavzoleydən oğurlamaq istədi

Rusiyanın paytaxtında bir şəxs Mavzoleydən Vladimir Leninin cəsədini oğurlamağa cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 5-də gecə yarısı baş verib. Sərxoş vəziyyətdə olan şəxs Mavzoleyi gəzib, daha sonra binanın qapısını açmağa cəhd etmək qərarına gəlib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Polis bölməsinə aparılan şəxs Leninin cəsədini oğurlamağa cəhd etdiyini etiraf edib. 

Saxlanılan şəxsin qeyri-adi davranışı ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları psixiatrik yardım üçün təcili yardım çağırıb və problem yaradan şəxsi həkimlərə təhvil verib.

Məlum olub ki, fevralın 13-dən Mavzoley iki ay müddətinə ictimaiyyət üçün bağlı olacaq . Bu, profilaktik tədbirlərlə bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR