• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Putinin yalan dediyini dünya bir daha gördü - Zelenski

DÜNYA

08 Yanvar 2023 | 09:18 | Müəllif: Subhan Mahmudov

Putinin yalan dediyini dünya bir daha gördü - Zelenski

Yalnız rus işğalçıların Ukrayna torpaqlarından qovulması sülhün bərpası demək olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Dünya Moskvadan gələn istənilən səviyyəli sözün nə qədər yalan olduğunu bir daha görə bildi. Onlar guya atəşkəs barədə nəsə dedilər. Amma reallıq budur ki, Rusiya mərmiləri Baxmut və Ukraynanın digər mövqelərini yenidən vurdu", - Zelenski bildirib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin 6-7 yanvar tarixlərində Ukraynada təmas xətti boyunca atəşkəsin elan olunması ilə bağlı müdafiə naziri Sergey Şoyquya təlimat vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR