Türkiyədə yenə zəlzələ olub.
Bakıvaxtı.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən məlumatına görə, yeraltı təkan Adıyaman şəhərinin Gölbaşı rayonunda qeydə alınıb.
Yerli vaxtla saat 06:13-də olan zəlzələ yerin 8,13 kilometr dərinliyində baş verib.
Zəlzələ 5,3 bal gücündə olub.















