• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ən yaşlı qadını vəfat etdi

DÜNYA

08 Mart 2023 | 23:31 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən yaşlı qadını vəfat etdi

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrika Respublikasından olan 7 uşaq anası Yohanna Mazibuko 128 yaşında vəfat edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində dünyasını dəyişib. 

Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. 

Qeyd edək ki, Mazibuko 1894-cü ildə anadan olub. O, bir neçə ay əvvəl jurnalistlərə açıqlamasında dediyi "Yaşamağın nə mənası var? Mən burada heç nə etmədən otururam" sözlərilə dünya gündəminə düşməyi bacarmışdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026