• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Somalidə iğtişaşlar: 30-dan çox ölü, 40-dan çox yaralı var

DÜNYA

07 Fevral 2023 | 00:51 | Müəllif: Subhan Mahmudov

Somalidə iğtişaşlar: 30-dan çox ölü, 40-dan çox yaralı var

Somalinin Somaliland əyalətində son 24 saat ərzində baş verən qarşıdurmalarda ən azı 34 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar ertəsi Las Anod şəhərindəki dövlət xəstəxanasının həkimlərinə istinadən məlumat yayılıb.

Məlumata görə, şəhərdə hökumət əleyhinə yaraqlılarla regional asayiş qüvvələri arasında atışmalar başlayıb. Ən azı 40 nəfər yaralanıb.

Toqquşmalar müxalifətin ştatda dərhal administrasiya rəhbəri seçkilərinin keçirilməsi tələbi kontekstində baş verir.

Qeyd edək ki, Somaliland dünya birliyi tərəfindən Somalinin bir hissəsi kimi tanınır. Lakin Somaliland Respublikasının hakimiyyət orqanları 1991-ci ilin yazında birtərəfli qaydada dövlət suverenliyini elan ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR