• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Toraci” qasırğası Filippin sahillərinə çatıb

DÜNYA

11 Noyabr 2024 | 16:42

“Toraci” qasırğası Filippin sahillərinə çatıb

“Toraci” qasırğası bazar ertəsi səhər saatlarında Filippinin şimal-şərq sahillərini vurub və arxipelaqın ən böyük adası Lusonun Aurora əyalətini təsiri altına alıb.

Bakıvaxtı.az xəbər verir ki, qasırğa zonasında küləyin sürəti saniyədə 36 metrə, bəzən isə 50 metrə çatıb. Ölkənin şimal sahillərində hündürlüyü üç metr olan dalğalar əmələ gəlib.

Hakimiyyət orqanları qasırğa səbəbindən 2,5 min kənd sakinini məcburi şəkildə təxliyə edib. Bundan əlavə, məktəblər və ofislər bağlanıb, risk altındakı əyalətlərdə bərə reysləri, habelə daxili aviareyslər ləğv edilib.

Qeyd edək ki, “Toraci” son bir ayda Filippini vuran dördüncü güclü qasırğadır.


SON XƏBƏRLƏR

26 Dekabr 2024