• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

BMT İnsan alveri ilə bağlı MƏLUMAT PAYLAŞDI

DÜNYA

11 Dekabr 2024 | 15:45 | Müəllif: Əli Hüseynov

BMT İnsan alveri ilə bağlı MƏLUMAT PAYLAŞDI

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi insan alverinə dair hesabat yayımlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hesabatda insan alverinin 2022-ci ildə COVID-19 epidemiyasından əvvəlki dönəmlə müqayisədə 25 faiz artdığı bildirilib.

Hesabatda uşaqların və böyüklərin məcburi əmək və cinayətə cəlb edilməsi məqsədi ilə insan alverində ciddi artım olduğu, insanların xüsusilə yoxsulluq, münaqişələr və iqlim şəraiti səbəbindən insan alveri şəbəkəsinə düşmə ehtimalının daha yüksək olduğu vurğulanıb. 

Hesabatda 2022-ci ildə 74 min 785 nəfərin insan alveri şəbəkəsindən ziyan gördüyü, qurbanların 61 faizinin qadın və qızlar olduğu diqqətə çatdırılıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026