Tovuzda yol-nəqliyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarında olan avtomobil təmiri sexinə çırpılıb.
Qəza zamanı 1991-ci il təvəllüdlü O.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.