Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, "Toyota Prado" markalı avtomobil "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub.
Qəza zamanı minik maşınında olan Ağstafa rayon sakini 2003-cü il təvəllüdlü Qiyas Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafidir.